Paytaxtın Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Paytaxtın Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq Payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparılacaq
Energetika
29 Sentyabr , 2016 19:33
Paytaxtın Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından sentyabrın 30-da saat 9:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi