Pakistan Dövlət Neft Şirkəti SOCAR-la əməkdaşlığa maraq göstərir

Pakistan Dövlət Neft Şirkəti SOCAR-la əməkdaşlığa maraq göstərir Neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün perspektivlər Bakıda müzakirə olunub
Energetika
25 Noyabr , 2015 17:38
Pakistan Dövlət Neft Şirkəti SOCAR-la əməkdaşlığa maraq göstərir

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Şeyx İmran-ül-Həqq Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, Pakistanla Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib.

SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin tarixi, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyətlər, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R.Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb. Pakistan Dövlət Neft Şirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Şeyx İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib. 

Görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi