SOCAR ötən il Supsa limanından 2,8 mln. ton neft ixrac edib

SOCAR ötən il Supsa limanından 2,8 mln. ton neft ixrac edib Dekabr ayında isə xam neft ixracı 253,5 min tondan artıq olub
Energetika
5 Yanvar , 2016 16:54
SOCAR ötən il Supsa limanından 2,8 mln. ton neft ixrac edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin dekabr ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 253 507 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2014-cü ilin dekabr ayından 0,38% azdır.

Ötən il ərzində Supsa limanından ümumilikdə 2 794 905 ton neft ixrac edilib ki, bu da 2014-cü ilin göstəricisindən 5% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi