Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə magistral qaz kəmərləri ilə 21,2 mlrd. kubmetr qaz nəql edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən qaz nəqlində 3,2% azalma müşahidə olunub.
Qazın nəqlinin 31,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Ötən il ərzində bu kəmərlə 6,65 mlrd. kubmetr qaz ötürülüb.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş kəmərdir.
Boru kəməri Bakı yaxınlığındakı
Boru kəmərinin ümumi uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.