​Ötən il "Azəriqaz"ın qeyri-əhali abonentlərinin sayı 23 min artıb

​Ötən il "Azəriqaz"ın qeyri-əhali abonentlərinin sayı 23 min artıb 2014-cü ildə 238 çoxmərtəbəli bina qazla təmin edilib
Energetika
27 Yanvar , 2015 20:01
​Ötən il Azəriqazın qeyri-əhali abonentlərinin sayı 23 min artıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan məlumata görə, ötən il ərzində 25 rayon üzrə 58 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib. "Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev deyib.

Qurum rəsmisinin sözlərinə görə, 2015-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 732 266-a çatıb: "Qeyd edək ki, 1 yanvar 2015-ci il tarixə qeydiyyata alınmış abonentlərin 22 262-i qeyri-əhali abonentidir. Ümumilikdə 2015-ci ilin 1 yanvar tarixinədək mövcud olan 1 710 004 əhali abonentindən 81 928-i ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 30 892-i Bakı, Abşeron, Sumqayıt, 53 468-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında ötən il qazlaşdırılıb və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır".

Ə.Hacıyevin sözlərinə görə, ötən il 238 çoxmərtəbəli bina qazla təmin edilib: "2014-cü ildə Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 238 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 17 348 mənzili əhatə edir. Xatırladaq ki, 2013-cü ildə 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır".

Son xəbərlər

Orphus sistemi