Bakı. 19 oktyabr. REPORT.AZ/ "Bakı" Elektrik Stansiyasında cari ilin sentyabr ayında 45 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cari ilin 9 ayı ərzində isə burada 383,9 milyon kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
Eyni zamanda, sözügedən dövrdə bir aqreqatda əsaslı təmir işlərinin başa çatdırıldığı, iki aqreqatda isə aparılan əsaslı təmir işlərinin davam etdirildiyi deyilir.
Xatırladaq ki, “Bakı” Elektrik Stansiyası ümumi gücü 105 MVt təşkil edən 12 aqreqatdan ibarətdir.