​Ötən ay "Azəriqaz"da əhali sektoru üzrə 12 min yeni abonent qeydiyyata alınıb

​Ötən ay "Azəriqaz"da əhali sektoru üzrə 12 min yeni abonent qeydiyyata alınıb Qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-u ötüb
Energetika
11 İyul , 2016 11:23
​Ötən ay Azəriqazda əhali sektoru üzrə 12 min yeni abonent qeydiyyata alınıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 968 yeni abonent qeydiyyata alınıb.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. 

Şirkətdən bildirilib ki, bunun 1551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10417-si isə regionların payına düşür. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 918 710-a çatıb.

İyulun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 130 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi