OPEK neftin ucuzlaşmasına qarşı əməkdaşlığa səslədi

OPEK neftin ucuzlaşmasına qarşı əməkdaşlığa səslədi Neft bazarında vəziyyəti tənzimləmək məqsədi ilə OPEK dövlətlərarası dialoqu vacib sayır.
Energetika
31 Avqust , 2015 23:09
OPEK neftin ucuzlaşmasına qarşı əməkdaşlığa səslədi

Bakı. 31 avqust. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin ucuzlaşması bir sıra dövlətlərin sosial-iqdisadi inkişafına mənfi təsir edir. Neft-qaz sektoruna investisiya qoyuluşunun həcmi azalır. Neft bazarında vəziyyəti tənzimləmək məqsədi ilə OPEK (Neft İxrac edən Ölkələr Birliyi) dövlətlərarası dialoqu vacib sayır. "Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir.

"Biz digər neft istehsal edən dövlətlərlə dialoqa hazırıq. Bununla belə, OPEK öz maraqlarını əsas götürəcək. Təşkilata üzv olan inkişaf etməkdə olan dövlətlərin başqa çıxış yolu yoxdur. Hesab edirik ki, neft bazarının gələcəyi dövlətlərarası əməkdaşlığa əsaslanmalıdır", - deyə bəyanatda qeyd olunur.

Bununla belə kartelin təşkilata üzv olmayan hansı dövlətlərlə danışıqlar aparmaq istədiyinə aydınlıq gətirilməyib.

Son xəbərlər

Orphus sistemi