Bakı. 5 sentyabr. REPORT.AZ/ OPEK-in baş katibi Məhəmməd Barkindo, eləcə də Qətərin və Əlcəzairin energetika nazirləri Məhəmməd ben Saleh əl-Səda və Nurəddin Buterfa Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neftin qiymətinin sabitləşdirilməsi üçün birgə tədbirlər haqqında sazişi dəstəklədiklərini bildiriblər.
Bu barədə "Report" RİA "Novosti" istinadən xəbər verir.
"Biz Səudiyyə Ərəbistanı və Rusiyanın razılaşmasını dəstəkləyirik", - Qətərin energetika naziri deyib.
Əlcəzairin energetika naziri OPEK ölkələri arasında daha geniş koordinasiyanın olmasının vacibliyini söyləyib.
OPEK-in baş katibi isə dünya neft istehsalçılarını Səudiyyə Ərəbistanı və Rusiyanın neft bazarının sabitləşdirilməsinə dair səylərini dəstəkləməyə çağırıb.