​OPEK: Bu il dünyada neftə olan tələbat artacaq

​OPEK: Bu il dünyada neftə olan tələbat artacaq OPEK 2015-ci ildə quruma daxil olmayan ölkələrin neft hasilatı ilə bağlı proqnozunu da dəyişməyib
Energetika
16 Mart , 2015 17:47
​OPEK: Bu il dünyada neftə olan tələbat artacaq

Bakı. 16 mart. REPORT.AZ/ OPEK 2015-ci ildə dünyada neftə olan tələbatın sutkada 1,17 mln.barel artacağı proqnozunu dəyişməyib və 2015-ci ildə bu həcmin ümumilikdə sutka ərzində 92,37 mln./barel həcmində olacağını gözləyir. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə təşkilatın mart ayı üçün açıqladığı hesabatında deyilir.

Bundan əlavə, OPEK 2015-ci ildə quruma daxil olmayan ölkələrin neft hasilatı ilə bağlı proqnozunu da dəyişməyib.

Ekspertlər bu göstəricinin 2015-ci il üçün sutkada 0,85 mln.barel artaraq ümumilikdə sutka ərzində 57,09 mln. barelə çatacağına proqnoz verirlər. 

Son xəbərlər

Orphus sistemi