OPEC avqustda neft hasilatını artırıb

OPEC avqustda neft hasilatını artırıb İranla əldə edilən razılaşmanın hasilatın artmasına təsir etdiyi bildirilir
Energetika
5 Sentyabr , 2015 16:11
OPEC avqustda neft hasilatını artırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Neft İxrac edən Dövlətlər Təşkilatına (OPEC) üzv ölkələrin orta gündəlik neft hasilatı 32,316 mln. barelə çatıb.

"Report" xəbər verir ki, bu barədə xairici informasiya vasitələri məlumat yayıb.

Xəbərə görə, bu rəqəm cari ilin iyulundakı orta gündəlik hasilatdan 108 min barel artıqdır.

Məlumata əsasən, iyulun 14-də nüvə problemi üzrə İranla əldə edilən razılaşma hasilatın artmasına təsir edən əsas səbəb kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi