​OPEK: 2015-ci ildə Azərbaycanda neft hasilatı stabil qalacaq

​OPEK: 2015-ci ildə Azərbaycanda neft hasilatı stabil qalacaq Təşkilat bu il dünyanın neftə olan tələbat artımı proqnozunu qaldırıb
Energetika
11 Avqust , 2015 22:57
​OPEK: 2015-ci ildə Azərbaycanda neft hasilatı stabil qalacaq

Bakı. 11 Avqust. REPORT.AZ/ OPEK 2015-ci ildə dünyanın neftə olan tələbat artımı proqnozunu iyul qiymətləndirməsi ilə müqayisədə sutkada 90 min barel artırıb.

"Report" xəbər verir ki, bu barədə təşkilatın avqust hesabatında bildirilir.

İndi OPEK 2015-ci ildə dünyanın neftə olan tələbatını sutkada 92,7 milyon barel səviyyəsində gözləyir ki, bu da 2014-cü ilə nisbətdə 1,38 mln. barel çoxdur.

Hesabatda bildirilir ki, bu il Azərbaycanda neft hasilatı stabil qalacaq.

"2015-ci ildə Rusiyada neft hasilatı artacaq, halbuki, Qazaxıstan və digər MDB ölkələrində düşə bilər. Azərbaycanda neft hasilatı stabil qalacaq", - deyə hesabatda qeyd olunur.

2016-cı ilə olan proqnoz 100 min barel artırılıb və indi təşkilatın proqnozuna görə, gələn il dünyanın neftə olan tələbatı 2015-ci ilin səviyyəsindən sutkada 1,34 mln. barel çox olacaq və sutkada təqribən 94,04 mln. barel təşkil edəcək.

Bundan əlavə, OPEK təşkilata daxil olmayan ölkələrin neft hasilatı artımı proqnozunu da, artırıb. Proqnoza görə, 2015-ci ildə bu ölkələrdə neft hasilatı iyul qiymətləndirməsi ilə müqayisədə sutkada 90 min barel çox olacaq. İndi OPEK ekspertləri bu göstəricinin 2015-ci ildə sutkada 0,96 mln. barel artaraq sutkada 57,46 mln. barelə çatacağını gözləyirlər.

Ekspertlər 2016-cı il üçün bu göstərici üzrə proqnozu sutkada 40 min barel artırıblar və indi təşkilata daxil olmayan ölkələr tərəfindən neft hasilatı artımını sutkada 0,27 min barel artaraq sutkada 57,73 mln. barelə çatacağını proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi