OPEC prezidenti zaminə buraxılıb - YENİLƏNİB

OPEC prezidenti zaminə buraxılıb - YENİLƏNİB OPEC prezidenti pasportu əlindən alınıb.
Energetika
3 Oktyabr , 2015 05:02
OPEC prezidenti zaminə buraxılıb - YENİLƏNİB

Bakı. 3 oktyabr. REPORT.AZ/ Londonda korrupsiya ittihamı ilə saxlanılan OPEC prezidenti, Nigeriyanın keçmiş Neft naziri Diezani Allison-Madueke zaminə buraxılıb.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Allison-Maduekenun pasportu əlindən alınıb. Beləliklə, OPEC prezidenti Böyük Britaniyanı tərk edə bilməyəcək.

*** 00.29

Bakı. 3 oktyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) prezidenti, Nigeriyanın keçmiş Neft naziri Diezani Allison-Madueke Londonda polis tərəfindən saxlanılıb.

“Report”un RİA“Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanılan OPEC prezidenti ilə yanaşı daha dörd nəfər tutulub.

Britaniya polisi məsələnin təfərrüatı barədə açıqlama verməkdən imtina edib. 

Son xəbərlər

Orphus sistemi