OPEC Azərbaycanla danışıqlar aparır

OPEC Azərbaycanla danışıqlar aparır OPEC-in neft hasilatını azaltması nefti 10-15 dollar bahalaşdıra bilər
Energetika
5 Oktyabr , 2016 12:29
OPEC Azərbaycanla danışıqlar aparır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Neft ölkələrinin hasilatın azaldılmasına dair razılaşmanın əldə olunması neftin barelinin qiymətini 10-15 dollar artıra bilər. "Report"un "RİA" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib. Onun sözlərinə görə, noyabr ayında OPEC üzvü olan ölkələr arasında Vyanada (Avstriya) keçiriləcək növbəti sammitdə hasilatın azaldılmasına dair qərarın qəbul edilməsi neftin bahalaşmasına səbəb ola bilər.

Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə keçirilən OPEC-in qeyri-formal sammitində neft hasilatının 32,5-33 mln. barel/günə qədər azaldılması məsələsi razılaşdırılıb. Son qərarın isə noyabrın 30-da Vyanada veriləcəyi bildirilir.

E.Pinonun sözlərinə görə, OPEC gündəlik hasilatı 0,7 mln. barel azalda bilər. Digər 0,5 mln. barelin isə OPEC üzvü olmayan ölkələrə azaltmaq təklif ediləcək. Bununla da nazir gündəlik hasilatı 1,2 mln. barel azaltmağı düşündüklərini söyləyib. O, həmçinin bildirib ki, hazırda Oman, Rusiya və Azərbaycanla hasilat səviyyəsinin müəyyənləşdirilməsi üzrə danışıqlar aparılır: "Alınarsa, bu, tarixi bir anlaşma olacaq".

Son xəbərlər

Orphus sistemi