Oğuzun daha bir kəndinə qaz verilib

Oğuzun daha bir kəndinə qaz verilib 114 abonent qazla təmin olunub
Energetika
4 May , 2016 14:58
Oğuzun daha bir kəndinə qaz verilib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Oğuz rayonunun Tərkeş kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 114 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 11 947 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi