​Nigeriyada çalışan neft şirkətləri zərərlə işləyir

​Nigeriyada çalışan neft şirkətləri zərərlə işləyir "Shell", "ExxonMobil" və "Chevron" aşağı neft qiymətləri səbəbindən 7 mlrd. dollar itki ilə üzləşib
Energetika
9 Avqust , 2016 21:11
​Nigeriyada çalışan neft şirkətləri zərərlə işləyir

Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında Niger çayının deltasındakı bəzi beynəlxalq və yerli neft şirkətlərinin 2,26 trln. nayra zərərləri olub.

"Report" "Nigerian nation" saytına istinadən xəbər verir ki, "Shell", "Exxon Mobil Corporation" və "Chevron Corporation" kimi beynəlxalq şirkətlər aşağı neft qiymətləri səbəbindən 7,1 mlrd. dollar itki ilə üzləşiblər.

"Oando Plc." və "Seplat Petroleum Development Company" kimi yerli şirkətlər isə neftin qiymətinin aşağı olması ilə yanaşı, hasilatın dayanmasından ilin I yarısında 43 mlrd. nayra itiriblər.

Təkcə "Royal Dutch Shell" şirkətinin açıqlamasına görə, 11 illik ən aşağı gəliri ötən rüb olub. "Chevron" ötən ilin II rübündəki 571 mln. dollar mənfəətə qarşı bu ilin müvafiq dövründə 1,5 mlrd. dollar zərər barədə məlumat yayıb.

"Exxon Mobil"in də ilin II rübündə mənfəəti 4,2 mlrd. dollardan 1,7 mlrd. dollara düşüb.

Son xəbərlər

Orphus sistemi