Nigeriya hökuməti bir neçə xarici neft şirkətinə qarşı iddia qaldırıb

Nigeriya hökuməti bir neçə xarici neft şirkətinə qarşı iddia qaldırıb İtaliyanın ENİ, ABŞ-ın “Chevron” və digər beynəlxalq neft şirkətləri məhkəməyə verilib
Energetika
21 Sentyabr , 2016 17:52
Nigeriya hökuməti bir neçə xarici neft şirkətinə qarşı iddia qaldırıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Nigeriya hökuməti İtaliyanın ENİ, ABŞ-ın “Chevron” və digər beynəlxalq neft şirkətlərini məhkəməyə verib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmiləri bildiriblər.

ENİ şirkətindən bildirilib ki, iddia mart ayına aiddir və şirkətin Nigeriyadakı törəməsindən 160 mln.dollar ödəniş tələb olunur. Bununla belə, ENİ-də hesab edirlər ki, iddianın heç bir əsası yoxdur və məhkəmədə buna qarşı müqavimət göstəriləcək: “Eyni iddialar Nigeriyada əməliyyat aparan bir neçə beynəlxalq neft şirkətinə qarşı qaldırılıb”.

“Chevron” şirkətindən isə bildirilib ki, bu məsələ Nigeriyada məhkəməyə çıxmazdan əvvəl mübahisə mövzusudur. 

Son xəbərlər

Orphus sistemi