​Nəriman Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində təmir-bərpa işləri aparılır

​Nəriman Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində təmir-bərpa işləri aparılır Hazırda ümumi uzunluğu 22,2 km olan müxtəlif diametrli sualtı neft-qaz xətlərinin çəkilişi də davam etdirilir
Energetika
2 İyun , 2015 16:53
​Nəriman Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində təmir-bərpa işləri aparılır

Bakı. 2 iyun. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 410-450 saylı meydançalar arasında əvəzedici estakadanın tikintisi davam etdirilir. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

4 kompleksdən ibarət layihə çərçivəsində ümumi uzunluğu 2 597 metr olacaq estakadanın 609 metrlik hissəsi artıq tikilib. 410-423 saylı meydançalar arasında 760 metr uzunluğunda əvəzedici estakadanın 510 metrlik hissəsində də inşaat işləri başa çatdırılıb. 1 323 metr uzunluğunda olan 682-485 saylı meydançalararası əvəzedici estakadanın tikintisi isə başa çatmaq üzrədir. İndiyədək ümumi uzunluğu 1 256 metr olan estakada tikilib. Bundan başqa, 272, 307, 283, 287, 432, 485, 604 saylı estakadayanı meydançalarda qazpaylama sistemində yenidənqurma işləri aparılır. Hazırda ümumi uzunluğu 22,2 km olan müxtəlif diametrli sualtı neft-qaz xətlərinin çəkilişi də davam etdirilir.

Son xəbərlər

Orphus sistemi