"​SOCAR Energy Turkey": Neftin ucuzlaşması Türkiyədə turizm və xidmət sahəsinə təsir edəcək

"​SOCAR Energy Turkey": Neftin ucuzlaşması Türkiyədə turizm və xidmət sahəsinə təsir edəcək "Neftin ucuzlaşması iqtisadi böyüməyə təsir etməyib"
Energetika
7 Oktyabr , 2015 18:16
​SOCAR Energy Turkey: Neftin ucuzlaşması Türkiyədə turizm və xidmət sahəsinə təsir edəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Neftin qiymətlərinin həddindən artıq ucuzlaşması Türkiyəyə xeyir verməz, əksinə, ona ziyan vura bilər". "Report" xəbər verir ki, bunu "Bloomberg HT"yə Rusiya ilə Türkiyə arasında yaranan olayları şərh edən "SOCAR Energy Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

Onun sözlərinə görə, xam neftin qiymətinin 60 dollardan ucuz olması artıq Türkiyəyə ziyan vurub:  "Neftin qiymətinin 60 dollardan aşağı düşməsi artıq Türkiyəyə ziyan vurmağa başlayıb. Bu ucuzlaşma ixraca, Türkiyədəki investisiya layihələrinə, turizm və xidmət sahəsinin ziyan görməsinə təsir edəcək. Neftin qiymətinin 60-80 dollar arasında olmasında Türkiyə daha yaxşı mövqedə olar. İlk 6 aya baxıldıqda hardasa son 10-15 ilin ən ucuz enerji qiymətlərini görürük, amma bunun iqtisadi böyüməyə təsiri yoxdur". 

Son xəbərlər

Orphus sistemi