Bakı. 8 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar və ya 3,27% ucuzlaşaraq 44.54 dollar təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti isə 3,38% yaxud 1,68 dollar azalaraq 47,93 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.