Neftin qiymətinin düşməsi İraqın gəlirlərini 70% azaldıb

Neftin qiymətinin düşməsi İraqın gəlirlərini 70% azaldıb Neftin ucuzlaşması ölkənin iqtisadiyyatını böyük zərərə uğradıb
Energetika
15 Yanvar , 2016 17:11
Neftin qiymətinin düşməsi İraqın gəlirlərini 70% azaldıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbindən İraq gəlirlərinin 70%-ni itirib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu İraqın Neft Nazirliyinin mətbuat katibi Asım Cihad bildirib.

O, neftin ucuzlaşmasının ölkənin iqtisadiyyatını və bir çox sahəni böyük zərərə uğratdığını qeyd edib.

"İraqın 2016-ci il üçün büdcəsində neftin bir barelinin qiyməti 45 dollardan nəzərdə tutulub. Amma hazırda anormal bir vəziyyətlə qarşılaşırıq. Ekspertlər də bu qədər ucuzlaşmanı gözləmirdilər. Nəticə olaraq bu vəziyyətdən İraq böyük zərər görür" - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi