Neftin qiyməti yenidən 50 dollar həddinə yaxınlaşıb

Neftin qiyməti yenidən 50 dollar həddinə yaxınlaşıb "Brent" markalı neftin qiyməti 49,8 dollar/barelə çatıb
Energetika
26 May , 2016 09:20
Neftin qiyməti yenidən 50 dollar həddinə yaxınlaşıb

Bakı. 26 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,36 dollar, yaxud 0,73% bahalaşaraq 49,59 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,60 dollar və ya 1,22% irəliləyərək 49,78 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi