Neftin qiyməti 6%-ə qədər bahalaşıb

Neftin qiyməti 6%-ə qədər bahalaşıb 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir
Energetika
17 Mart , 2016 09:04
Neftin qiyməti 6%-ə qədər bahalaşıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,12 dollar yaxud 5,83% bahalaşaraq 38,46 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,59 dollar və ya 4,10% bahalaşaraq 40,33 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi