​Neftin qiyməti 40-50 dollara düşə bilər - PROQNOZ

​Neftin qiyməti 40-50 dollara düşə bilər - PROQNOZ "Report": Hazırkı qiymətlər alıcılar tərəfindən dəstəklənərsə, 72-75 dollar/barelə qədər artım realdır
Energetika
4 İyul , 2015 11:31
​Neftin qiyməti 40-50 dollara düşə bilər - PROQNOZ

Bakı. 4 iyul. REPORT.AZ/ ABŞ-da neft quyularının sayı 2014-cü il dekabr ayından sonra ilk dəfə artıb. "Baker Hughes" şirkətinin yaydığı xəbərə görə, bu il ilk dəfə sayı artan quyular 640 ədədə çatıb.

"Report" xəbər verir ki, quyuların sayının artması xəbərilə yaxın gələcəkdə anbarlardakı ehtiyatların genişlənməsi ehtimalı dünən, iyulun 3-də beynəlxalq əmtəə bazarında neftin qiymətinin azalmasına səbəb olub. Belə ki, "Brent" markalı neftin bir barelinin qiyməti 60,55 dollara düşüb.

Dünya bazarında neft təklifinin artması səbəbindən ABŞ-dakı neft istehsalçıları 2014-cü il oktyabr ayından etibarən quyuların sayını yarıbayarıya azaldıb. Nəticədə, ölkədə neft ehtiyatları da 49% azalma göstərib. Enerji İnformasiyaları Administrasiyası tərəfindən yayılan xəbərdə isə bildirilib ki, 2015-ci ilin aprel göstəricilərinə əsasən, neft hasilatındakı azalmaya baxmayaraq, ABŞ gündəlik 9,7 mln. barel neft hasil edib. Bu da 1971-ci ildən bu tərəfə ən yüksək göstəricidir.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, "Brent" markalı neftin qiyməti 60 dollar/bareldə alıcı tapmazsa, bu zaman qiymətlər ilk mərhələdə 50 dollara qədər enəcək. Bu səviyyədə də təklif tələbdən çox olarsa, o zaman 40 dollar/barel səviyyəsi qaçılmaz olacaq. Əks halda, qiymətlər 60 dollar/bareldə dəstəklənərsə, o zaman qiymətin 72-75 dollar səviyyəsinə kimi yüksəlməsi üçün artım potensialı mövcuddur.

Son xəbərlər

Orphus sistemi