Neftin qiyməti 4 aylıq maksimuma çatıb

Neftin qiyməti 4 aylıq maksimuma çatıb Proqnoz: Neftin qiyməti bu həftə 45 dollar/barelə çata bilər
Energetika
11 Aprel , 2016 16:57
Neftin qiyməti 4 aylıq maksimuma çatıb

Bakı. 11 aprel. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti son 4 ayın maksimal həddinə yüksəlib. "Report" xəbər verir ki, "Brent" markalı neft aprelin 17-də Dohada (Qətər) keçiriləcək neft hasilatçısı ölkələrin sammiti öncəsi 42,8 dollar/barelə yüksəlib. Neftin qiyməti keçən ilin dekabr ayında 45,18 dollar/barel olub. 

"Report"un analitik qrupu hesab edir ki, Doha görüşünə qədər, yəni bu həftə ərzində neftin qiyməti 45 dollar/barelə qədər artdıqdan sonra görüş müsbət nəticələnəcəyi təqdirdə bir qədər geriləyəcək: "Görüş mənfi nətəcələnsə, qiymət azalması daha kəskin olacaq".

Son xəbərlər

Orphus sistemi