Neftin qiyməti 38,7 dollar/barelə düşüb

Neftin qiyməti 38,7 dollar/barelə düşüb Texas nefti isə 36,8 dollar/barelə qədər ucuzlaşıb
Energetika
2 Aprel , 2016 08:48
Neftin qiyməti 38,7 dollar/barelə düşüb

Bakı. 2 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,55 dollar, yaxud 4,04% ucuzlaşaraq 36,79 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,66 dollar və ya 4,12% ucuzlaşaraq 38,67 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi