​Neftin qiyməti 2009-cu ildən ən aşağı həddə düşüb

​Neftin qiyməti 2009-cu ildən ən aşağı həddə düşüb Dünya bazarında neft son 6 ayda 54% ucuzlaşaraq 55 dollar/bareldən aşağı enib
Energetika
5 Yanvar , 2015 17:24
​Neftin qiyməti 2009-cu ildən ən aşağı həddə düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Dünya neft bazarında qiymətlərin son 6 həftə ərzində ardıcıl enməsi bu gün bir barel xam neftin son 5,5 il ərzində minimuma qədər ucuzlaşması ilə nəticələnib.

"Report"un "Bloomberg" informasiya portalına istinadən verdiyi xəbərə görə, dünya bazarında WTI və "Brent" markalı neftin qiymətləri gün ərzində müvafiq olaraq 1,16 dollar (2,20% ) və 1,31 dollar (2,32%) enərək (Bakı vaxtı ilə saat 16:00-a) 51,53 və 55,11 dollar/barelə düşüb.

Xatırladaq ki, neftin sürətlə ucuzlaşması prosesi OPEC-in noyabrın 27-də Vyanada keçirilən son toplantısında hasilatın azaldılması ilə bağlı qərar qəbul etməməsindən sonra başlayıb. "The Economist" nəşrinə görə, bu, Rusiya, Nigeriya, Venesuela kimi neft ixrac edən bir sıra ölkə üçün 2015-ci ildə makroiqtisadi məqsədlərə nail olmaqda ciddi maneələr yaradacaq.

Bundan əlavə, ekspertlər xam neftlə müqayisədə hasilatı daha baha başa gələn şist neft istehsalının cari vəziyyətdə artmasına şübhə ilə yanaşırlar.

Ötən ilin iyununda orta hesabla 115 dollar/barel qiyməti ilə satılan neft son 6 ayda təqribən 54% ucuzlaşıb.

Qeyd edək ki, saat 17:20-yə dünya bazarında WTI markalı neftin 1 barelinin qiyməti 51,12 dollar, "Brent"in qiyməti isə 54,63 dollara enib. 

Son xəbərlər

Orphus sistemi