Bakı. 8 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,41% yaxud 1,84 dollar bahalaşaraq 53,98 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 1,66% yaxud 0,98 dollar bahalaşaraq 59,10 dollara çatıb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 62 dollar/barel olacağı gözlənilir.