Neft yenidən ucuzlaşır

Neft yenidən ucuzlaşır "Brent" markalı neftin qiyməti 57 dollar/barel həddindən aşağı düşüb
Energetika
17 İyul , 2015 09:26
Neft yenidən ucuzlaşır

Bakı. 17 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,50 dollar və ya 0,97% ucuzlaşaraq 50,91 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,23% yaxud 0,13 dollar geriləyərək 56,92 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası Oil prices decrease again

Son xəbərlər

Orphus sistemi