Bakı. 4 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,16 dollar yaxud 3,82% bahalaşaraq 47,9 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,75 dollar və ya 3,58% bahalaşaraq 50,54 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.