​Neft yenidən bahalaşıb

​Neft yenidən bahalaşıb "Brent" markalı neftin qiyməti 62,6 dollar/barelə çatıb
Energetika
29 May , 2015 08:12
​Neft yenidən bahalaşıb

Bakı. 29 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,17 dollar yaxud 0,30% bahalaşaraq 57,68 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,84%, yaxud 0,52 dollar irəliləyərək 62,58 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası Oil prices increased again

Son xəbərlər

Orphus sistemi