Stanford Universiteti: ​Neft yaxın 20 ildə bahalaşmayacaq

Stanford Universiteti: ​Neft yaxın 20 ildə bahalaşmayacaq OPEC-in passivliyi, İran amili, şist neft istehsalı qiymət artımını əngəlləyən başlıca səbəblərdir
Energetika
6 Aprel , 2015 13:26
Stanford Universiteti: ​Neft yaxın 20 ildə bahalaşmayacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Yaxın 20 il ərzində dünya bazarında neftin qiymətinin artacağı gözlənilmir. "Report"un məlumatına görə, ABŞ-ın məşhur Stanford Universiteti apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib.

Universitetin iqtisadçı-təhlilçisi Frenk Uolak bildirib ki, ABŞ-da şist neftinin istehsalı, OPEC-in passivliyi, İran amili, şist neft istehsalının bütün dünyaya yayılması və qazılan quyuların effektivliyinin artırılması neftin qiymətinin artmasının önündə başlıca əngəllərdir.

Dünya neft təklifi keçən ilə görə 2,7 mln. barel artıb. Bunun 700 min bareli OPEC-in, qalanı isə ABŞ-ın payına düşür. Neftə olan məcmu tələbat isə 870 min barel artıb. Nəticədə, neft təklifi tələbi əhəmiyyətli şəkildə üstələyərək qiymətlərin keçən ilki 110 dollar/barel səviyyəsindən 55 dollar/barelə enməsinə səbəb olub.Qeyd edək ki, ABŞ həm neft istehsal, həm də idxal edir. Bununla da ABŞ-da neft rezervuarlarının 520 mln. barellik həcminin 67%-i artıq dolub.

F.Uolakın fikrincə, neftin qiyməti yaxın 20-25 ildə 100 dollar arasında seyr edəcək. 

Son xəbərlər

Orphus sistemi