Bakı. 6 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,83 dollar, yaxud 2,62% ucuzlaşaraq 30,89 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,40 dollar və ya 1,16% ucuzlaşaraq 34,06 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 35 dollar/barel olacağı gözlənilir.