​Neft sutka ərzində rekord qiymət artımı nümayiş etdirib

​Neft sutka ərzində rekord qiymət artımı nümayiş etdirib Artım bir ticarət sessiyası ərzində 8,35 faiz təşkil edib
Energetika
23 Yanvar , 2016 08:19
​Neft sutka ərzində rekord qiymət artımı nümayiş etdirib

Bakı. 23 yanvar. REPORT.AZ/ "Brent" markalı neft sutka ərzində rekord qiymət artımı nümayiş etdirib.

"Report" xəbər verir ki, London birjasında cümə günü hərracları bir barelə görə 29 dollar 70 sentdən başlayıb və 32 dollar 18 sent qiyməti ilə başa çatıb.

Artım 8,35 faiz təşkil edib. Neft 2015-ci ilin avqust ayından bəri bir sessiya ərzində faizlə ifadədə bu qədər çox bahalaşmamışdı.

Son xəbərlər

Orphus sistemi