Neft sürətlə ucuzlaşır

Neft sürətlə ucuzlaşır "Brent" markalı neftin qiyməti 31,55 dollar/barelə düşüb
Energetika
12 Yanvar , 2016 09:17
Neft sürətlə ucuzlaşır

Bakı. 12 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,75 dollar yaxud 5,28% ucuzlaşaraq 31,41 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,00 dollar və ya 5,96% ucuzlaşaraq 31,55 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 33 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi