Neftin qiyməti kəskin şəkildə artıb

Neftin qiyməti kəskin şəkildə artıb Light və Brend tipli neftin qiymətlərində sıçrayış qeydə alınıb
Energetika
15 Yanvar , 2015 05:22
Neftin qiyməti kəskin şəkildə artıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 15-də axşam dünya bazarında Light və Brend tipli neftin qiymətlərində sıçrayış qeydə alınıb. Sonuncu birdən-birə bareli 3,22 dollar bahalaşaraq 49,8 dollara satılıb. Bu, 2013-cü ilin avqustundan bəri ən böyük birdəfəlik bahalaşmadır.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, siçrayış ABŞ-dakı neft ehtiyyatlarının həcmi haqda həftəlik məlumatların açıqlanmasından sonraya təsadüf edir. ABŞ-ın Enerji informasiya agentliyinin (EİA) hesabatına əsasən ötən həftə ölkədə 5,4 milyon barel neft və yanacaq ambarlaşdırılıb ki, bu da gözləntilərdən az qala 10 dəfə çoxdur.

Ekspertlər hesab edir ki, neft qiymətlərində dönüşün yaranmasından danışmaq hələ tezdir, çünki qiyməti yenidən əsaslı şəkildə qaldıra biləcək addım - neft hasillatının azaldılması baş verməyib.

Son xəbərlər

Orphus sistemi