​Dünya bazarında neft yenidən ucuzlaşıb

​Dünya bazarında neft yenidən ucuzlaşıb "Brent"in qiyməti 59,3 dollar/barelə düşüb
Energetika
19 Dekabr , 2014 09:41
​Dünya bazarında neft yenidən ucuzlaşıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,36% yaxud 2,36 dollar ucuzlaşaraq 54,11 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 3,22% və ya 1,91 dollar ucuzlaşaraq 59,27 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 62 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi