Bakı. 22 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2645 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 700 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.