​"Neft Daşları" yatağında yeni quyu qazılır

​"Neft Daşları" yatağında yeni quyu qazılır Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
13 Mart , 2015 17:52
​Neft Daşları yatağında yeni quyu qazılır

Bakı. 13 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A nömrəli platformadan 2 611 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 030 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi