​“Neft Daşları” yatağında yeni quyu qazılır

​“Neft Daşları” yatağında yeni quyu qazılır Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
9 İyul , 2015 16:06
​“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 9 iyul. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 585 nömrəli meydançadan 2 594 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 330 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi