"Neft Daşları" yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağında yeni quyu qazılır Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil olunacaq
Energetika
1 Noyabr , 2014 07:20
Neft Daşları yatağında yeni quyu qazılır
Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Neft Daşları" dəniz yatağındakı 2 585 nömrəli platformadan 2 604 nömrəli quyuda qazma işlərinə başlayb.

"Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Xatırladaq ki, "Neft Daşları" yatağı 1949-cu ildən istismar olunur. Yatağın geolojı neft ehtiyatları 365 mln. ton civarında qiymətləndirilir və bundan çıxarıla bilən qalıq ehtiyatları 182 mln. ton təşkil edir. 

Son xəbərlər

Orphus sistemi