“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
10 May , 2016 16:45
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 10 may. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2609 nömrəli quyuda qazma işlərinə başlanıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 200 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi