"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağında yeni quyu istismara verilib Quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb
Energetika
24 Aprel , 2015 14:38
Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 24 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 150 nömrəli stasionar dəniz özülündən 2 152 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1 636-1 625 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi