“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
18 Noyabr , 2015 16:33
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1 887 nömrəli dərin dəniz özülündən 2 678 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 2 500-2 493 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi