“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 20 ton neft və 4,2 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
26 Avqust , 2016 12:45
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 26 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2581 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2 670-2 665 metr intervaldan sutkalıq 20 ton neft və 4,2 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi