​“Neft Daşları” yatağında yeni quyu istismara verilib

​“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
9 Avqust , 2016 13:07
​“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 9 avqust. REPORT.AZ/“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2682 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 1 205-1 187 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


Son xəbərlər

Orphus sistemi