Bakı. 29 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu qirməki üstü qumlu lay dəstəsindən fontan üsulu ilə məhsul verib.
O, 2186-2170 metr intervaldan sutkalıq 19 ton neft və 17 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.