"Neft Daşları" yatağında daha bir quyu istismara verilib

"Neft Daşları" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
20 Aprel , 2016 13:26
Neft Daşları yatağında daha bir quyu istismara verilib

Bakı. 20 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418 saylı estakadayanı meydançadan 2618 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 1 122-1 119 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


Son xəbərlər

Orphus sistemi