​“Neft Daşları”ında daha bir quyu istismara verilib

​“Neft Daşları”ında daha bir quyu istismara verilib Əvvəllər ləğv olunmuş bu quyu əsaslı təmirdən sonra sutkalıq 10 ton neft hasilatı ilə istismara verilib
Energetika
18 Noyabr , 2014 17:41
​“Neft Daşları”ında daha bir quyu istismara verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neft Daşları” yatağındakı 915 saylı Stasionar Dəniz Özülündən ləğv olunmuş 1 651 nömrəli quyunu əsaslı təmir və geoloji tədbirdən sonra istismara verib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Quyu Fasilə Lay Dəstəsindən 2 356-2 342 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismara daxil edilib.

Xatırladaq ki, quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi