​"Neft Daşları"nda yeni quyu qazılır

​"Neft Daşları"nda yeni quyu qazılır "Qala" Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 250 metrdir
Energetika
5 Fevral , 2015 17:29
​Neft Daşlarında yeni quyu qazılır

Bakı. 5 fevral. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A nömrəli platformadan 2 633 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən "Qala" Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi